“Azəriqaz”: Abunəçilərə 830 min kubmetr əlavə təbii qaz verilib

“Azəriqaz”: Abunəçilərə 830 min kubmetr əlavə təbii qaz verilib
Energetika
3052
21 Aprel , 2018 14:18
“Azəriqaz”: Abunəçilərə 830 min kubmetr əlavə təbii qaz verilib

Bakı. 21 aprel. REPORT.AZ/ "Azərbaycanda havanın qəfil soyuması nəticəsində ölkəmizdə, xüsusilə də şimal regionunda təbii qaza tələbat artıb". 

Bunu “Report”a açıqlamasında “Azəriqaz” İstehsalat Birliyinin Mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev deyib.

Onun sözlərinə görə, təmsil etdiyi qurum abonentlərə təbii qazın verilişini də artırıb: “Ötən günə nisbətən 830 min kubmetr əlavə təbii qaz verilib. Tələbat artdıqca təbii qazın verilişi də artırılacaq”.