“Azəriqaz”a sayğac plombunun qırılması ilə bağlı 2 mindən çox məlumat daxil olub

“Azəriqaz”a sayğac plombunun qırılması ilə bağlı 2 mindən çox məlumat daxil olub ​​​​​​
Energetika
18 Avqust , 2023 11:39
“Azəriqaz”a sayğac plombunun qırılması ilə bağlı 2 mindən çox məlumat daxil olub

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə qaz sayğacın plombunun zədələnməsi, qırılması ilə bağlı 2 118 məlumat daxil olub.

“Report” xəbər verir ki, bunu bu gün İstehsalat Birliyinin 104 Qəza-çağrı xidməti şöbəsinin rəisi Xalidə Şimşək bu gün qurumda keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.

X.Şimşək vurğulayıb ki, təkcə iyul ayında bununla bağlı 293 müraciət daxil olub.

O qeyd edib ki, burada heç bir problem yoxdur: “Əməkdaşlar sayğaca baxış keçirirlər. Əgər sayğaca heç bir müdaxilə halı yoxdursa, əməkdaşlarımız plombu dəyişdirirlər. Yox, əgər hər hansı hal aşkar edilirsə, həmin sayğac da müayinə üçün laboratoriyaya göndərilir”.

X.Şimşək bildirib ki, ümumilikdə isə bu ilin yanvar-iyul aylarında Birliyinin 104 Qəza-çağrı xidməti şöbəsinə 554 162 müraciət daxil olub: “Təkcə iyul ayında isə Birliyinin 104 Qəza-çağrı xidməti şöbəsinə 53 647 müraciət daxil olub”.

Son xəbərlər

Orphus sistemi