"Azəriqaz"a dair daxil olan müraciətlər 50 %-dək azalıb

"Azəriqaz"a dair daxil olan müraciətlər 50 %-dək azalıb Təbii qaz təchizatı ilə bağlı 12-si məlumat xarakterli olmaqla, cəmi 171 müraciət daxil olub
Energetika
10 İyul , 2021 11:29
Azəriqaza dair daxil olan müraciətlər 50 %-dək azalıb

Bu ilin ikinci rübündə istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı Enerji Məsələləri Tənzimləmə Agentliyinə bilavasitə və Energetika Nazirliyindən 1 714 müraciət daxil olub.

"Report" bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Məlumata görə, təbii qaz təchizatı ilə bağlı 12-si məlumat xarakterli olmaqla, cəmi 171 müraciət daxil olub. Bu, 1-ci rüb ilə müqayisədə 170 müraciət və ya 49,8 % azdır.

Son xəbərlər

Orphus sistemi