"Azəriqaz" 79 minə yaxın mənzilə texniki baxış keçirib

"Azəriqaz" 79 minə yaxın mənzilə texniki baxış keçirib “Azəriqaz” istehlakçılardan texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələrini xahiş edir
Energetika
10 May , 2016 12:42
Azəriqaz 79 minə yaxın mənzilə texniki baxış keçirib

Bakı. 10 may. REPORT.AZ/ Cari 2016-cı ilin aprel ayında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən 78 534 mənzildə texniki baxış və profilaktik xidmət işləri həyata keçirilib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, qaz kəmərlərinə qeyri-qanuni birləşmələrə, mənzildaxili qaz xətlərinə, qaz cihaz və qurğularına nəzarət etmək məqsədi ilə həyata keçirilən texniki baxış zamanı istehlakçılara təbii qazdan istifadə qaydaları üzrə təlimatlar verilib.

"Təbii qazdan təhlükəsiz istifadə olunması və baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədi ilə bundan sonra da texniki baxışlar davam etdiriləcək", - deyə qurumdan bildirilib. 

“Azəriqaz” İB istehlakçılardan təbii qazdan istifadə zamanı diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələrini xahiş edir. 

Son xəbərlər

Orphus sistemi