"Azəriqaz” 420 obyektdə qanunsuzluqlar aşkar edib

"Azəriqaz” 420 obyektdə qanunsuzluqlar aşkar edib Bu ilin əvvəlindən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyi 2 600 ticarət və ictimai iaşə obyektində yoxlama aparıb.
Energetika
27 May , 2022 12:29
Azəriqaz” 420 obyektdə qanunsuzluqlar aşkar edib

Bu ilin əvvəlindən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyi 2 600 ticarət və ictimai iaşə obyektində yoxlama aparıb.

“Report”un məlumatına görə, bunu bu gün “Azəriqaz”ın Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov qurumda media və QHT nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.

Onun sözlərinə görə, onlardan 420 obyektdə qanunsuzluqlar aşkarlanıb: “290 obyektdə sayğac çıxarılıb. Bunlar əsasən layihə-smeta şərtlərə və texniki normalara uyğun deyil. 133 müəssisədə isə qaz təchizatı dayandırılıb”.

O qeyd edib ki, bunlar tək Bakını deyil, regionları da əhatə edir: “Bakıya nisbətən regionlarda qanunsuzluqlar daha az aşkarlanır. Hazırda “Azəriqaz” İstehsalat Birliyinin 37 844 qeyri-əhali sektoru üzrə qazdan istifadə edən abonenti mövcuddur. Onların əksəriyyətinin qazdan düzgün istifadə etməsinə baxmayaraq, onlar da yoxlamalar aparılacaq. Çünki bu Nazirlər Kabineti tərəfindənb qoyulan tapşırıqdır”.

Son xəbərlər

Orphus sistemi