“Azəriqaz” 4 yaşayış məntəqəsinə qaz verib

“Azəriqaz” 4 yaşayış məntəqəsinə qaz verib Bakı. 9 fevral. REPORT.AZ/ “Azəriqaz” İstehsalat Birliyi tərəfindən cari ilin yanvar ayı ərzində ölkə üzrə 27,3 km yeni qaz kəməri quraşdırılıb.
Energetika
9 Fevral , 2018 10:27
“Azəriqaz” 4 yaşayış məntəqəsinə qaz verib

Bakı. 9 fevral. REPORT.AZ/ “Azəriqaz” İstehsalat Birliyi tərəfindən cari ilin yanvar ayı ərzində ölkə üzrə 27,3 km yeni qaz kəməri quraşdırılıb.

“Report”un İstehsalat Birliyinə istinadən verdiyi xəbərə görə, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 21,2 km qaz kəməri əsaslı təmir olunub. 

Aparılan tikinti-quraşdırma işləri nəticəsində Daşkəsən, Beyləqan və Göyçay rayonlarında 4 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib.

Son xəbərlər

Orphus sistemi