"Azəriqaz" 28 yaşayış məntəqəsinə qaz verib

"Azəriqaz" 28 yaşayış məntəqəsinə qaz verib Hesabat dövründə Birlik tərəfindən 952 km yeni qaz kəməri quraşdırılıb
Energetika
12 İyun , 2017 11:58
Azəriqaz 28 yaşayış məntəqəsinə qaz verib
Report

Bakı. 12 iyun. REPORT.AZ/ Cari ilin yanvar-may ayları ərzində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi ölkənin 12 rayonunda ümumilikdə 28 yaşayış məntəqəsinə təbii qaz verib.

“Report” Birliyə istinadən xəbər verir ki, hesabat dövründə İB tərəfindən 951,8 km yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 79,4 km qaz kəməri əsaslı təmir olunub. 

“Aparılan tikinti-quraşdırma işləri nəticəsində Goranboy, Ağcabədi, Şəki, Ucar, Quba, Qusar, Oğuz, İmişli, Saatlı, Sabirabad, Masallı və Ağstafa rayonları üzrə 28 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib”, - deyə məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi