“Azəriqaz” 2020-ci ildə gördüyü təmir-tikinti işlərini açıqlayıb

“Azəriqaz” 2020-ci ildə gördüyü təmir-tikinti işlərini açıqlayıb 2020-ci ilin yanvar-noyabr ayları ərzində 1 361 km yeni qaz xətti çəkilib
Energetika
30 Dekabr , 2020 12:24
“Azəriqaz” 2020-ci ildə gördüyü təmir-tikinti işlərini açıqlayıb

"2020-ci ilin yanvar-noyabr ayları ərzində 1 361 km yeni qaz xətti çəkilib".

“Report”un məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bildirib.

Onun sözlərinə görə, 554 km qaz xətti təmir edilib: “Bundan əlavə 321 km qaz xəttinin təmiri Regional qaz istismarı İdarələrinin imkanları hesabına reallaşdırılıb. “Bu gün “Azəriqaz” İstehsalat Birliyinin 8 min nəfərdən çox kollektivi ölkədə 69,2 min km uzunluğunda olan müxtəlif diametrli qaz paylayıcı şəbəkəyə, 2 milyon 370 mindən çox əhali abonentinə xidmət göstərir”.

R. Əliyev qeyd edib ki, bu həm böyük zəhmət, həm də ciddi məsuliyyət tələb edir: “Məsuliyyət artdıqca müştəri məmnuniyyəti üçün səylə çalışmaq lazım gəlir. Hesab edirəm ki, bu il buna nail ola bilmişik. Yeri gəlmişkən ilin sonuna yaxın əməyimiz qiymətləndirilib. “Caspian Business Award 2020” beynəlxalq təqdimetmə mərasimində “Azəriqaz” İstehsalat Birliyi “İlin qaz təminatçısı” mükafatına layiq görülüb”.

Son xəbərlər

Orphus sistemi