“Azərikimya”nın dəstəyi ilə “Tullantıların idarə edilməsinə dair ekoloji maarifləndirmə” müsabiqəsi keçirilib

“Azərikimya”nın dəstəyi ilə “Tullantıların idarə edilməsinə dair ekoloji maarifləndirmə” müsabiqəsi keçirilib Qaliblərə mükafatlar təqdim edilib
Energetika
18 Aprel , 2016 17:43
“Azərikimya”nın dəstəyi ilə “Tullantıların idarə edilməsinə dair ekoloji maarifləndirmə” müsabiqəsi keçirilib

Bakı. 18 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İstehsalat Birliyinin dəstəyi və Sumqayıt şəhər Təhsil Şöbəsinin nəzdində fəaliyyət göstərən Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin təşkilatçılığı ilə “Tullantıların idarə edilməsinə dair ekoloji maarifləndirmə” müsabiqəsinə yekun vurulub.

"Report" SOCAR-a istinadən xəbər verir ki, Təhsil Nazirliyinin, SOCAR-ın Ekologiya İdarəsinin, Sumqayıt Regional Ekologiya İdarəsinin nümayəndələrinin, şəhərin tam orta məktəblərinin rəhbər, müəllim və şagird kollektivlərinin, Sumqayıt Dövlət Universitetinin müəllim və tələbələrinin, həmçinin KİV nümayəndələrinin iştirak etdiyi tədbirdə qeyd olunub ki, yarımfinala vəsiqə qazanmış 25 layihədən 13-ü müsabiqənin finalında iştirak etmək hüququ əldə edib. 6 nəfərdən ibarət münsiflər heyəti bütün təqdimatları dinlədikdən sonra ümumi rəy əsasında qalibləri müəyyən ediblər. Birinci yerə təqdimatın ən yaxşı texniki tərtibatı nominasiyası üzrə Təbiət elmləri təmayüllü gimnaziyanın şagirdi Çingiz Hacıyev, ən yaxşı məruzəçi nominasiyası üzrə isə “İstedad” liseyinin şagirdi Aytac Nəcəfova layiq görülüb. Sonrakı yerlərə 31, 3, 24, 38, 41, 25, 36 və 1 nömrəli tam orta məktəblərin şagirdləri sahib olublar. Qaliblərə mükafatlar təqdim edilib. Tədbir iştirakçılarına “Azərikimya” İB tərəfindən dibçəklərdə həyat, sağlamlıq və yaşam rəmzi olan şam ağacı hədiyyə edilib. Sonra Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Son xəbərlər

Orphus sistemi