"Azərikimya"da yenidənqurma və modernizasiya 2020-ci ilin əvvəlində yekunlaşacaq

"Azərikimya"da yenidənqurma və modernizasiya 2020-ci ilin əvvəlində yekunlaşacaq Bakı. 25 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Azərikimya İstehsalat Birliyinin Etilen-Polietilen Zavodu aparılan modernizasiya və yenidənqurmadan sonra 2020-ci ilin I rübündə tam istismara veriləcək.
Energetika
25 Aprel , 2018 13:07
Azərikimyada yenidənqurma və modernizasiya 2020-ci ilin əvvəlində yekunlaşacaq
"Azərikimya" İB-nin investisiya və inkişaf üzrə icraçı direktorunun müavini Orxan Cəfərov / Report/ Firi Salim

Bakı. 25 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Azərikimya" İstehsalat Birliyinin Etilen-Polietilen Zavodu aparılan modernizasiya və yenidənqurmadan sonra 2020-ci ilin I rübündə tam istismara veriləcək.

"Report" xəbər verir ki, bunu Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə keçirilən "Xəzərin və Mərkəzi Asiyanın neft emalı və neft-kimyası-layihələrin həyata keçirilməsi və texniki həllər"adlı konfransda "Azərikimya" İB-nin investisiya və inkişaf üzrə icraçı direktorunun müavini Orxan Cəfərov bildirib.

"Yenidənqurma və modernizasiya layihəsi çərçivəsində 2016-cı ilin noyabr ayında EPC (Mühəndislik, Layihələndirmə və Tikinti) müqaviləsi imzalanıb. 2017-ci ildə zavodun modernizasiya olunan ilk qurğuları istismara verilib. 2018-2019-cu illərdə qurğuların inşası və quraşdırılması həyata keçiriləcək. Ümumilikdə zavod yenidən qurma və modernizasiya layihəsi yekunlaşdıqdan sonra 2020-ci ilin I rübündə istismara tam daxil olacaq", - O.Cəfərov qeyd edib. 

Onun sözlərinə görə, layihə çərçivəsində bütün avadanlıqlar və materiallar bu ilin sentyabr ayına kimi əraziyə çatdırılacaq: "Hazırda Etilen Polietilen zavodunda yenidənqurma və modernizasiya layihəsi üzrə ümumilikdə 33,5% işlər yerinə yetirilib. Mühəndislik işləri 88,3%, satınalma 45,9%, tikinti 13,7% tamamlanıb". 

Son xəbərlər

Orphus sistemi