“Azərikimya”da ətraf mühitə təsirlərin qiymətləndirilməsı sənədinin ictimai dinləməsi keçirilib

“Azərikimya”da ətraf mühitə təsirlərin qiymətləndirilməsı sənədinin ictimai dinləməsi keçirilib @EP-300” qurğusunun modernizasiya və yenidənqurma layihəsi və onun texniki göstəriciləri” mövzusunda təqdimat olub
Energetika
16 Yanvar , 2017 18:56
“Azərikimya”da ətraf mühitə təsirlərin qiymətləndirilməsı sənədinin ictimai dinləməsi keçirilib

Bakı.16 yanvar.REPORT.AZ/ “Azərikimya” İB-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ekologiya İdarəsinin təşəbbüsü ilə Birliyin Etilen-Polietilen zavodunun “EP-300” qurğusunun modernizasiyası və istismarı layihəsi üzrə ətraf mühitə təsirlərin qiymətləndirilməsı (ƏMTQ) sənədinin ictimai dinləməsi keçirilib.

“Report” SOCAR-a istinadən xəbər verir ki, tərdbirdə SOCAR-ın bir sıra idarə və müəssisələrinin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin və Ekspertiza İdarəsinin, Bakı Ali Neft Məktəbinin, ADNSU-nun, SDU-nun, Polimer Materialları İnstitutunun, STP-nin, eyni zamanda Sumqayıt şəhərində yerləşən bir sıra idarə və müəssisə, Sumqayıt şəhər Bələdiyyəsi nümayəndələri, qeyri-hökümət təşkilatları, KİV və ictimaiyyət təmsilçiləri iştirak ediblər. 

Tədbirdə “Azərikimya” İB-nin İcraçı direktorunun Əməyin mühafizəsi və ətraf mühitin qorunması üzrə müavini Vüqar Kərimov ƏMTQ sənədi haqqında məlumat verib. 

“Azərikimya” İB-nin Modernizasiya və yenidənqurma işlərinin təşkili şöbəsi tərəfindən slaydlar vasitəsilə “Etilen-Polietilen zavodunun “EP-300” qurğusunun modernizasiya və yenidənqurma layihəsi və onun texniki göstəriciləri” mövzusunda təqdimat keçirilib. Qeyd olunub ki, layihə ərazisi SOCAR-ın müvafiq struktur bölmələri tərəfindən tikinti işlərinin aparılması üçün təmizlənib, köhnə obyektlər demontaj edilib, yollar çəkilib, ətrafda abadlıq işləri aparılıb, ərazi tikinti işlərinin başlanılması üçün hazır vəziyyətə gətirilib. Layihənin icrası ilə mövcud texnoloji qurğular modernləşəcək, EP-300 qurğusunun istehsal gücü artacaq, texnoloji proseslərin stabil və təhlükəsiz istismarına nail olunacaq, nəticə etibarilə ümumi məhsuldarlığın artmasına, alınan məhsulun keyfiyyətinin yüksəldilməsinə, işçilərin iş şəraitinin və sosial rifah halının yaxşılaşmasına zəmin yaranacaq. 

Sonra SOCAR-ın Ekologiya İdarəsi tərəfindən “ƏMTQ prosesi və layihənin ekoloji üstünlükləri”, “Layihə ərazisində ətraf mühitin ilkin vəziyyətinin tədqiqi”, “Potensial təsirlər və onların qiymətləndirilməsi” mövzularında geniş təqdimatlar dinlənilmiş, mütəxəssislər tərəfinidən layihənin texniki göstəriciləri, layihə ərazisinin ilkin vəziyyəti, flora və fauna, tikinti və istismar dövründə proqnozlaşdırılan potensial təsirlər və onların yumşaldılması tədbirləri, alternativ variantlar, o cümlədən ekoloji monitorinq, ətraf mühitin, tullantıların və çirkab sularının idarə edilməsi planları və s. haqqında məlumat verilib.

Son xəbərlər

Orphus sistemi