"Azeri LT CIF" markalı neftin orta qiyməti I yarımillikdə 28% artıb

"Azeri LT CIF" markalı neftin orta qiyməti I yarımillikdə 28% artıb Ötən ilin ilk yarısı ilə müqayisədə minimal qiymət 60%, maksimal qiymət isə 12% yüksəlib
Energetika
5 İyul , 2017 12:10
Azeri LT CIF markalı neftin orta qiyməti I yarımillikdə 28% artıb

Bakı. 5 iyul. REPORT.AZ/ Bu ilin ilk yarısında Azərbaycanın dünya bazarına çıxardığı “Azeri LT CIF" markalı xam neftin ən aşağı qiyməti 46,01 dollar/barel olub ki, bu da 2016-cı ilin müvafiq göstəricisindən 17,19 dollar/barel yaxud 59,65% yüksəkdir. “Report” xəbər verir ki, 2017-ci ilin ilk yarısında ən aşağı göstərici iyunun 20-də, ötən il isə yanvarın 20-də (28,82 dollar/barel) qeydə alınıb.

Məlumata görə, bu ilin yanvar-iyun ayları ərzində “Azeri LT CIF"in orta satış qiyməti 53,54 dollar/barel olub ki, bu da ötən ilin orta rəqəmi ilə müqayisədə 11,65 dollar/barel yaxud 27,81% çoxdur.

“Azeri LT CIF"in ən yüksək qiyməti isə bu ilin yanvarın 3-də qeydə alınıb və bu rəqəm 58,39 dollar/barel olub. Nəticədə, 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə maksimal qiymət 6,02 dollar/barel və ya 11,50% artıb.

Qeyd edək ki, 2016-cı ildə “Azeri LT CIF"in ən yüksək göstəricisi iyunun 8-də (52,37 dollar/barel) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi