"Azəri-Çıraq-Günəşli" layihəsi üzrə xərclər azalıb

"Azəri-Çıraq-Günəşli" layihəsi üzrə xərclər azalıb Əməliyyat məsrəflərində 24%, əsaslı məsrəflər isə 17% azalıb
Energetika
29 Fevral , 2016 14:47
Azəri-Çıraq-Günəşli layihəsi üzrə xərclər azalıb

Bakı. 29 fevral. REPORT.AZ/ Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi layihəsinə 2015-ci il ərzində təqribən 760 mln. ABŞ dolları əməliyyat məsrəfləri və 1,9 mlrd. dollar əsaslı məsrəflər xərclənib.

"Report"un "BP-Azerbaijan" şirkətinə istinadən verdiyi xəbərə görə, bu da əvvəlki il ilə müqayisədə əməliyyat məsrəflərində 24% azalma, əsaslı məsrəflərdə isə 17,4% azalma deməkdir. 

Qeyd edək ki, "AÇG" layihəsinə 2014-cü il ərzində təqribən 1 mlrd. dollar əməliyyat məsrəfləri və 2,3 mlrd. dollar əsaslı məsrəflər xərclənib.

AÇG-də BP (operator – 35,8%), SOCAR (11,6%), "Chevron" (11,3%), "Inpex" (11%), "Statoil" (8,6%), "ExxonMobil" (8%), TPAO (6,8%), "İtochu" (4,3%), "ONGC Videsh Ltd." (OVL) (2,7%) iştirak edir. 

Son xəbərlər

Orphus sistemi