“Azərenerji” tender elan edib

“Azərenerji” tender elan edib Tender təklifləri mayın 19-da açılacaq
Energetika
10 Aprel , 2017 15:07
“Azərenerji” tender elan edib

Bakı. 10 aprel. REPORT.AZ/ “Azərenerji” ASC “Sənaye Qovşağı” yarımstansiyasının yenidən qurulması, “Sulfanol” yarımstansiyasında yeni 110 kV-luq avtomatik-paylayıcı qurğunun quraşdırılması və “Sənaye Qovşağı” yarımstansiyasından “Sulfanol” yarımstansiyasına yeni elektrik verilişi xətlərinin çəkilməsi üçün tender elan edib. 

“Report” xəbər verir ki, tenderdə iştirak etmək istəyənlər 1 000 manat məbləğində iştirak haqqı ödəməlidir.

İddiaçı tender təklifi qiymətinin 5%-i həcmində bank zəmanəti təqdim etməlidir. İddiaçılar tenderdə iştirak etmək üçün tender təklifi və bank zəmanəti istisna olmaqla digər sənədləri 11 may 2017-ci il saat 17:00-dək, tender təklifi və bank zəmanətini isə 12 may 2017-ci il saat 17:00-dək “Azərenerji”yə təqdim etməlidirlər.

Təklif zərfləri 19 may 2017-ci il saat 15:00-da açılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri zərflərin açılış prosedurunda iştirak edə bilərlər.

Son xəbərlər

Orphus sistemi