"Azərenerji" və "Azərişıq" birgə məlumat yayıb

"Azərenerji" və "Azərişıq" birgə məlumat yayıb Bakı. 5 fevral. REPORT.AZ/ Azərenerji ASC-nin sistem əhəmiyyətli 110 kVt-luq birinci Xırdalan hava elektrik verilişi xəttində yenidənqurma işləri aparılır. Bu səbəbdən də Saray 3 və Saray 5 xətlərinin qidalandırdığı Saray qəsəbəsinin bəzi ərazilərində qısamüddətli fasilələr yaranır. 
Energetika
5 Fevral , 2018 18:37
Azərenerji və Azərişıq birgə məlumat yayıb

Bakı. 5 fevral. REPORT.AZ/ "Azərenerji" ASC-nin sistem əhəmiyyətli 110 kVt-luq birinci Xırdalan hava elektrik verilişi xəttində yenidənqurma işləri aparılır. Bu səbəbdən də "Saray 3" və "Saray 5" xətlərinin qidalandırdığı Saray qəsəbəsinin bəzi ərazilərində qısamüddətli fasilələr yaranır. 

Bu barədə "Azərenerji" və "Azərişıq" ASC-lərdən "Report"a verilən birgə məlumatda qeyd edilib.

Məlumata görə, işlər yaxın vaxtlarda yekunlaşdırılacaq: "Modernizasiya işlərinin başlıca məqsədi keyfiyyətli ötürmə infrastrukturunun yaradılması ilə istehlakçıları fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin etməkdir".

Hər iki qurum yaranmış narahatlığa görə istehlakçılardan üzr istəyir.

Son xəbərlər

Orphus sistemi