“Azərenerji” stansiyalarda təftiş işlərinə başlayıb

“Azərenerji” stansiyalarda təftiş işlərinə başlayıb Bakı. 24 noyabr. REPORT.AZ/ “Azərenerji” ASC-nin balans mənsubiyyətinə aid olan enerji təsərrüfatında, istehsal müəssisələrində və ötürmə infrastrukturunda “Ölkənin enerji sistemində yaranmış kritik vəziyyətin aradan qaldırılması məqsədilə hazırlanmış reablitasiya üzrə Tədbirlər Planı”na uyğun olaraq təftiş aparılıb.
Energetika
24 Noyabr , 2018 14:38
“Azərenerji” stansiyalarda təftiş işlərinə başlayıb

Bakı. 24 noyabr. REPORT.AZ/ “Azərenerji” ASC-nin balans mənsubiyyətinə aid olan enerji təsərrüfatında, istehsal müəssisələrində və ötürmə infrastrukturunda “Ölkənin enerji sistemində yaranmış kritik vəziyyətin aradan qaldırılması məqsədilə hazırlanmış reablitasiya üzrə Tədbirlər Planı”na uyğun olaraq təftiş aparılıb. 

Bu barədə “Report”a qurumun ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı deyib.

Onun sözlərinə görə, elektrik stansiyalarına, elektrik verilişi xətlərinə, yarımstansiyalara baxış keçirilib və texniki göstəriciləri yoxlanılıb. Aşkar edilən nöqsan və nasazlıqların aradan qaldırılması istiqamətində genişmiqyaslı işlərə start verilib: “İlkin mərhələdə ölkənin enerji sisteminin, eləcə də Cənubi Qafqazın ən böyük enerji müəssisəsi, qoyuluş gücü 2400 MVt olan “Azərbaycan” İES-in yenidən qurulması prosesinə start verilib. Əsas məsələlərdən biri burada ən müasir texnologiyalar tətbiq etməklə qoyuluş gücünün bərpa edilməsinə nail olmaqdır. Bundan başqa, “Şimal-1”, “Səngəçal” və “Cənub” elektrik stansiyalarında təxirəsalınmaz tədbirlər gerçəkləşdirilir ki, bu da stansiyaların faydalı iş əmsalının artırılaraq qoyuluş gücünə çatdırılması məqsədini daşıyır”.

Qurum sözçüsü deyib ki, həmçinin modul elektrik stansiyaları üzrə təftiş aparılıb. “Bakı”, “Şahdağ”, “Astara”, “Şəki” və “Xaçmaz” elektrik stansiyalarının aqreqatlarının əsaslı təmiri və gücləndirilməsi üçün texniki işlər görülür.

“Gələcəkdə sistem təşkil edən bütün stansiyaların, yarımstaniyaların və xətlərin texniki göstəricilərinə uyğun vəziyyətə gətirilməsi üçün müvafiq tədbirlər görüləcək. Qeyd edək ki, mərhələli şəkildə gerçəkləşdirilməsi müəyyənləşdirilən tədbirlər ölkənin enerji sisteminin stabil, təhlükəsiz və dayanıqlı iş rejimində fəaliyyət göstərməsi üçün həyati vacib əhəmiyyət kəsb edir”, - o əlavə edib.

Son xəbərlər

Orphus sistemi