"Azərenerji": Qeyri-sabit hava şəraitinə hazırıq
- 30 mart, 2018
- 08:33
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 30 mart. REPORT.AZ/ "Azərenerji" ASC bu gün və sabah proqnozlaşdırılan qeyri-sabit hava şəraitinə hazırdır.
Bunu “Report”a açıqlamasında qurumun İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı deyib.
Onun sözlərinə görə, təmsil etdiyi qurumda bunun üçün operativ heyət fəaliyyət göstərir: "Təbii hadisələrdən birmənalı sığortalanmağı demək, yalnışlıq olar. Amma bununla əlaqədar qabaqlayıcı tədbirlər görülməsi vacibdir və bu, tərəfimizdən görülüb. Əgər sistemdə hər hansı neqativ hadisə baş verərsə, operativ heyət bunun aradan qaldırılmasına hazırdır. Onu da qeyd edim ki, ölkə enerji sisteminin təhlükəsizliyi tam təmin edilib və elektroenergetika sahəsi son illər həyata keçirilən tədbirlər nəticəsində dayanıqlı səviyyəyə gətirilib. Məhz buna görə də narahat olmağa ehtiyac yoxdur".