“Azərenerji” ötən ay 2 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edib

“Azərenerji” ötən ay 2 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edib Bakı. 2 aprel. REPORT.AZ/ “Azərenerji” ASC bu ilin mart ayında 1,954 mlrd. kVt/saat elektrik enerjisi istehsal edib.
Energetika
2 Aprel , 2018 11:04
“Azərenerji” ötən ay 2 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edib

Bakı. 2 aprel. REPORT.AZ/ “Azərenerji” ASC bu ilin mart ayında 1,954 mlrd. kVt/saat elektrik enerjisi istehsal edib. 

Bunu “Report”a qurumun İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı deyib.

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisi istehsalı 0,5% yaxud 0,01 mlrd. kVt/saat azdır. 

Y.Babanlı onu da bildirib ki, ötən ay ölkə enerji sisteminin əlaqəsi olan dövlətlər ilə elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə həyata keçirilib: “Elektrik enerjisinin istehsalında yüksək səmərəliliyə nail olunması, habelə istehlakçıların etibarlı, təhlükəsiz və dayanıqlı elektrik və istilik enerjisi ilə təmin edilməsi məqsədilə cari ilin mart ayında “Azərenerji” ASC müvafiq tədbirləri yerinə yetirib. Eyni zamanda, "Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"nin "Kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi"nin Tədbirlər Planına uyğun olaraq, yaxın və uzaq perspektivdə nəzərdə tutulmuş müvafiq vəzifələrin icra vəziyyəti ilə bağlı müvafiq işləri davam etdirilib, eyni zamanda tabeliyində olan müəssisələrdə innovasiyalı texnologiyalar tətbiq etməklə, enerji sisteminin modernizasiyasını diqqətdə saxlanılıb və bununla əlaqədar ictimaiyyətin məlumatlandırılması üçün bir sıra tədbirlər görülüb”.

Son xəbərlər

Orphus sistemi