“Azərenerji” ötən ay 1,6 mlrd. kVt/saat elektrik enerjisi istehsal edib

“Azərenerji” ötən ay 1,6 mlrd. kVt/saat elektrik enerjisi istehsal edib Bakı. 3 oktyabr. REPORT.AZ/ Bu ilin sentyabr ayında “Azərenerji” ASC 1,6 mlrd. kVt/saat elektrik enerjisi istehsal edib.
Energetika
3 Oktyabr , 2018 10:07
“Azərenerji” ötən ay 1,6 mlrd. kVt/saat elektrik enerjisi istehsal edib
“Azərenerji” ASC-nin mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı / Report/ Firi Salim
0 : 00
0 : 00

Bakı. 3 oktyabr. REPORT.AZ/ Bu ilin sentyabr ayında “Azərenerji” ASC 1,6 mlrd. kVt/saat elektrik enerjisi istehsal edib. 

Bu barədə "Report”a qurumun mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı məlumat verib.

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,1 mlrd. kVt/saat və yaxud 5,9% azdır. 

“Bu ilin müvafiq dövrü ərzində ölkə enerjisisteminin əlaqəsi olan dövlətlər ilə elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə həyata keçirilib. Bununla yanaşı, "Kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi"nin Tədbirlər Planına uyğun olaraq, yaxın və uzaq perspektivdə nəzərdə tutulmuş vəzifələrin icra vəziyyəti ilə bağlı müvafiq işlər davam etdirilib, eyni zamanda, enerji sisteminin müasirləşdirilməsi diqqətdən keçirilir və bununla əlaqədar olaraq, ictimaiyyətin məlumatlandırılması məqsədilə ardıcıl tədbirlər görülür”, - Y.Babanlı əlavə edib.

Son xəbərlər

Orphus sistemi