Yuxarı
    Bağlamaq

    “Azərenerji”nin rəhbərliyi və kollektivi Marlen Əsgərovun ölümü ilə əlaqədar nekroloq imzalayıb

    Dinlə

    Bakı. 17 sentyabr. REPORT.AZ/ “Azərenerji” ASC-nin rəhbərliyi və kollektivi qurumun vitse-prezidenti vəzifəsində çalışmış Marlen Əsgərovun ölümü ilə əlaqədar nekroloq imzalayıb.

    “Report” xəbər verir ki, nekroloqda Azərbaycan energetikasına ağır itki üz verdiyi qeyd edilib.

    Bildirilib ki, təcrübəli energetik, "Azərenerji" ASC-nin vitse-prezidenti Marlen Əsgərov 2018-ci il sentyabr ayının 16-da ürək çatışmazlığından vəfat edib.

    Marlen Əsgər oğlu Əsgərov 1936-cı il noyabr ayının 17-də Ağdam rayonunda anadan olub.1955-1960-cı illərdə Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Elektrik stansiyaları, şəbəkə və sistemləri üzrə mühəndis-elektrik ixtisasına yiyələnib. 1960-cı ildə “Azərbaycan Energetika İdarəsi”ndə əmək fəaliyyətinə başlayıb. 1960-1961-ci illərdə “Azərbaycan Energetika İdarəsi”nin Mərkəzi İzolyasiya Xidmətinin mühəndisi, 1961-1962-ci illərdə “Əli-Bayramlı DRES”in Elektrik sexinin rəisi, 1962-1974-cü illərdə “Krasin adına DRES”-nin Elektrik sexinin rəisi, 1974-1979-cu illərdə “Azbaşenerji”nin Kirov adına Elektrik şəbəkəsinin baş mühəndisi, müvəqqəti direktoru və direktoru, 1979-1980-ci illərdə SSRİ Energetika Nazirliyinin “Enerjişəbəkəlayihə” İnstitutunun baş mühəndisin vəzifəsini müvəqqəti icra edən, 1980-1991-ci illərdə SSRİ Energetika Nazirliyinin “Enerjişəbəkəlayihə” İnstitutunun baş mühəndisi, 1991-ci ildə “Qafqazenerjitəmir” Trestinin sədr müavini, 1991-1993-cü illərdə “Azərenerji” İstehsalat Birliyinin baş mühəndisinin vəzifəsini müvəqqəti icra edən, 1993-cü ildə “Azərenerji” Dövlət Şirkətinin Enerjinin İstehsalı və Ötürülməsi Birliyinin baş mühəndisin müavini, 1993-1995-ci illərdə “Azərenerji” Dövlət Şirkətinin Perspektiv inkişaf, informasiya, elm və texniki işlər üzrə şöbəsinin rəisi, 1996-2001-ci illərdə “Azərenerji” Dövlət Şirkətinin Enerjinin İstehsalı və Ötürülməsi Birliyinin Texniki İstehsalat şöbəsinin rəisi, 2001-2002-ci illərdə “Azərenerji” ASC-nin Enerjinin İstehsalı Birliyinin Texniki İstehsalat şöbəsinin rəisi, 2002-ci ildə “Azərenerji” ASC-nin Enerji İstehsalı İdarəsinin Texniki İstehsalat şöbəsinin rəisi, 2002-2005-ci illərdə “Azərenerji” ASC-nin baş mühəndisi vəsifələrində işləyib. 2005-ci ildən ömrünün sonunadək “Azərenerji” ASC-nin vitse-prezidenti olub. Azərbaycan Respublikası Prezidentinin Azərbaycan energetiklərinin ölkə iqtisadiyyatının inkişafındakı xidmətləri nəzərə alaraq imzaladığı 2015-ci il 19 oktyabr tarixli, 1050 nömrəli Sərəncama əsasən “Şöhrət” ordeni ilə təltif edilib. 3 övladı var. Energetika sahəsində uzun müddət səmərəli fəaliyyət göstərmiş səmimi insan, peşəkar energetik Marlen Əsgər oğlu Əsgərovun xatirəsi daim qəlbmizdə yaşayacaq.

    Allah rəhmət eləsin.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi