“Azərenerji" “Keyfiyyət və ən böyük dəyişikliklərə görə qızıl mükafat” alıb

“Azərenerji" “Keyfiyyət və ən böyük dəyişikliklərə görə qızıl mükafat” alıb Dünya miqyasında müəssisələr üzrə keyfiyyət və davamlı inkişafa nail olunmanı araşdıran və Avropanın nüfuzlu Qeyri Hökümət Təşkilatları tərəfindən dəstəklənən Fransanın “Otherways Group” Menecment və Konsaltinq Assosiasiyası “Azərenerji” ASC-nin “2019-cu ildə keyfiyyət və ən böyük dəyişikliklərə görə qızıl mükafat”a layiq görülüb.
Energetika
28 Noyabr , 2019 15:24
“Azərenerji “Keyfiyyət və ən böyük dəyişikliklərə görə qızıl mükafat” alıb

Dünya miqyasında müəssisələr üzrə keyfiyyət və davamlı inkişafa nail olunmanı araşdıran və Avropanın nüfuzlu Qeyri Hökümət Təşkilatları tərəfindən dəstəklənən Fransanın “Otherways Group” Menecment və Konsaltinq Assosiasiyası “Azərenerji” ASC-nin “2019-cu ildə keyfiyyət və ən böyük dəyişikliklərə görə qızıl mükafat”a layiq görülüb.

Bu barədə "Report"a şirkətdən bildirilir. 

Məlumata görə, 24-25 noyabr tarixlərində İtaliyanın Roma şəhərində keçirilən tədbirdə “Azərenerji“nin Xarici iqtisadi əlaqələr idarəsinin rəisi Əli Abbasovla İctimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev təmsil ediblər.

Beləliklə Fransa, Yaponiya, Yunanıstan və digər 24 ölkənin hökumət və böyük səhmləri dövlətdə olan müəssisələrindən biri də Azərbaycandan olub. MDB ölkələrindən isə yalnız Ukrayna, Gürcüstan və Azərbaycan mükafata layiq görülüb. Tədbirdə Prezident İlham Əliyevin energetika strategiyasına uyğun olaraq, son illərdə enerjinin istehsalı, ötürülməsi, paylanması və idarəedilməsi sahəsində aparılan inkişaf, islahat, tikinti, o cümlədən “Reabilitasiya Proqramı” çərçivəsində həyata keçirilən yenidənqurma işləri barədə iştirakçılara geniş məlumat verilib.

Son xəbərlər

Orphus sistemi