“Azərenerji” “Müasir energetikanın banisi” filmini təqdim edib

“Azərenerji” “Müasir energetikanın banisi” filmini təqdim edib “Azərenerji” ASC Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı bu ilin əvvəlindən başlayaraq həyata keçirdiyi silsilə tədbirlərin davamı olaraq Ümummilli Liderin elektroenergetika sahəsindəki misilsiz fəaliyyəti ilə bağlı “Müasir energet
Energetika
10 May , 2023 09:57
“Azərenerji” “Müasir energetikanın banisi” filmini təqdim edib

“Azərenerji” ASC Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı bu ilin əvvəlindən başlayaraq həyata keçirdiyi silsilə tədbirlərin davamı olaraq Ümummilli Liderin elektroenergetika sahəsindəki misilsiz fəaliyyəti ilə bağlı “Müasir energetikanın banisi” adlı filmin təqdimatını keçirib.

Bu barədə "Report"a qurumun mətbuat xidmətinin rəhbəri Teymur Abdullayev məlumat verib.

Məlumata görə, tədbirin əvvəlində “Azərenerji”nin rəhbərliyi və məsul şəxslər Ulu Öndərin Fəxri Xiyabandakı məzarını ziyarət edib, məzarın özünə gül dəstələri qoyublar. Daha sonra “Azərenerji”nin Baş idarəetmə, elm, tədris kompleksində Ulu Öndərin fəaliyyətini əks etdirən foto sərgiyə baxış keçirilib, ardınca “Müasir energetikanın banisi” filmi nümayiş olunub.

Filmdə Ulu Öndərin 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlişindən sonra Respublikanın sosial-iqtisadi həyatında mühüm sahələrdən biri olan enerji sektorunda Sovet Moskvasının maneçiliyinə baxmayaraq Azərbaycan enerji sistemini kənar mənbələrdən asılı vəziyyətdən çıxarması, Azərbaycanda enerji müstəqilliyinin və təhlükəsizliyinin bünövrəsini qoymasından bəhs edilir. Həmçinin 1993-cü ilin iyununda Heydər Əliyevin xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtmasından sonra elektroenergetika sahəsində əməli fəaliyyətə keçməsi də filmdə özünə geniş yer alır. Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğısı sayəsində - onun siyasi hakimiyyətdə olduğu hər iki dövrdə Azərbaycanın energetika sistemində 3 300 MVt-dan artıq generasiya gücü yaradıldığı detalları ilə filmdə əks edilir.

Fikmin təqdimatında “Azərenerji”nin rəhbəri Baba Rzayev çıxış edərək Ulu Öndərin həyatı və energetika sahəsində misilsiz fəaliyyətindən danışıb.

Ulu Öndərin 100 illiyi ilə bağlı hazırlanan filmin təqdimatından sonra çoxminlik kollektivi olan “Azərenerji”nin xüsusi yardım bağlamaları şəhid olan əməkdaşların ailələrinə, övladı şəhid olan işçilərə və qazilərə göndərilib.

Son xəbərlər

Orphus sistemi