"Azərenerji" istehsalı 1% artırıb

"Azərenerji" istehsalı 1% artırıb Səhmdar cəmiyyət ötən ay 1,66 mlrd. kVt/S elektrik enerjisi istehsal edib
Energetika
2 Oktyabr , 2017 17:10
Azərenerji istehsalı 1% artırıb

Bakı. 2 oktyabr. REPORT.AZ/ Bu ilin sentyabr ayında “Azərenerji” ASC ötən ilin sentyabr ayı ilə müqayisədə 1,22% və yaxud 0,02 mlrd. kVt/S çox - 1,66 mlrd. kVt/S elektrik enerjisi istehsal edib. 

Bu barədə "Report"a qurumun İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı məlumat verib. 

Onun sözlərinə görə, ötən ay qonşu dövlətlərlə elektrik enerjisi mübadiləsi də qarşılıqlı şəkildə davam etdirilib. O cümlədən Strateji Yol Xəritəsi çərçivəsində elektrik enerjisinin itkilərinin azaldılması, elektrik enerjisi verilişinin və ötürülməsinin keyfiyyətinin yüksəldilməsi məqsədilə görüləcək tədbirlər üzrə bir sıra layihələr həyata keçirilib. Ümumilikdə, ay ərzində texniki tələblərə uyğun itkilər qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi