"Azərenerji" I yarımillikdə enerji ixracını 4 dəfə artırıb

"Azərenerji" I yarımillikdə enerji ixracını 4 dəfə artırıb Hesabat dövründə elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracının 0,48%-ni təşkil edib
Energetika
10 İyul , 2017 12:37
Azərenerji I yarımillikdə enerji ixracını 4 dəfə artırıb

Bakı. 10 iyul. REPORT.AZ/ Bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrə 25 098,74 min ABŞ dolları dəyərində elektrik enerjisi satıb.

"Report" Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18 835,34 min dollar yaxud 4 dəfə çoxdur.

İlin ilk yarısında ixrac edilmiş elektrik enerjisinin həcmində də müsbət dinamika müşahidə edilib. Belə ki, xarici ölkələrə 854 427,36 min kVt/saat elektrik enerjisi satılıb, bu da 2016-cı ilin müvafiq aylarına nisbətən 434 804,60 min kVt/saat yaxud 3,9 dəfə çoxdur.

Hesabat dövründə elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracının 0,48%-ni təşkil edib.

Son xəbərlər

Orphus sistemi