"Azərenerji": Elektrik enerjisi təminatında heç bir problem gözlənilmir

"Azərenerji": Elektrik enerjisi təminatında heç bir problem gözlənilmir Yəhya Babanlı: "İstər canlı, istərsə də texniki qüvvə ehtiyatımız kifayət qədərdir"
Energetika
28 Sentyabr , 2017 12:36
Azərenerji: Elektrik enerjisi təminatında heç bir problem gözlənilmir

Bakı. 28 sentyabr. REPORT.AZ/ "Artıq bir müddətdir ki, enerji müəssisələrinin payız-qış mövsümünə hazırlıq işlərinə başlanılıb. Bu məsələ noyabr ayında “Azərenerji” ASC-nin xüsusi komissiyası tərəfindən qiymətləndiriləcək və komissiyanın qərarı əsasında enerji müəssisələrinə “Qışa hazırlıq pasportu” veriləcək". Bunu "Report"a açıqlamasında "Azərenerji"nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı deyib.

Y.Babanlının sözlərinə görə, fəsilə uyğun vacib tədbirlər həyata keçirilib: "Bütün bunlara baxmayaraq, hər hansısa bir sahədə təbii və texnogen qəzaların baş verməsindən birmənalı şəkildə sığortalanmaq çətindir. Havaların dəyişməsini normal qəbul etmək lazımdır. Əsas odur ki, hər bir fəsilə uyğun tədbirlər qabaqcadan görülsün. "Azərenerji" sistemi üzrə lazımi mövsümi hazırlıq işlərini həyata keçirmişik və operativlik səviyyəsini artırmışıq. İstər canlı, istərsə də texniki qüvvə ehtiyatımız kifayət qədərdir".

"Enerji sistemində keyfiyyətcə yeni mərhələnin başlanılması, bu sahədə innovativ texnologiyaların tətbiqi, sistemin səmərəliliyinin yüksəldilməsi, elektrik enerjisi istehsalı, ötürülməsi və idarə olunması üzrə maddi-texniki bazanın müasirləşdirilməsi işləri deməyə əsas verir ki, əvvəlki dövrlərlə müqayisədə istənilən hava şəraitinə qarşı dayanıqlılıq möhkəmləndirilib və təhlükəsizlik gücləndirilib. Əminliklə bildirirəm ki, “Azərenerji” tərəfindən elektrik enerjisinin təminatında heç bir problem gözlənilmir”, - deyə şirkət rəsmisi vurğulayıb.

Son xəbərlər

Orphus sistemi