“Azərenerji” ASC müasir çağırışların tələblərinə uyğun olaraq işə qəbul prosesində ciddi dəyişiklik edib.
Bu barədə "Report"a qurumdan bildirilib.
Məlumata görə, həm işğaldan azad edilən ərazilərdə, həm də paytaxtda və ölkənin digər yerlərindəki enerji obyektlərində işləmək istəyənlər heç yerə getmədən məsafədən səhmdar cəmiyyətinə müraciət edə biləcəklər. Yəni işə qəbul edilmək mərkəzləşdirilmiş qaydada yalnız elektron formada həyata keçiriləcək.
Bunun üçün isə “Azərenerji”nin internet səhifəsinə (