“Azərenerji”: Cocuq Mərcanlı kəndinin elektrik enerjisi ilə təminatında heç bir problem yoxdur

“Azərenerji”: Cocuq Mərcanlı kəndinin elektrik enerjisi ilə təminatında heç bir problem yoxdur Y.Babanlı: "Təmsil etdiyi qurum adıçəkilən regionda elektrik enerjisi ilə bağlı bütün məsələləri diqqətdə saxlayır"
Energetika
15 Mart , 2017 19:08
“Azərenerji”: Cocuq Mərcanlı kəndinin elektrik enerjisi ilə təminatında heç bir problem yoxdur

Bakı. 15 mart. REPORT.AZ/ “Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin elektrik enerjisi ilə təmin edilməsində heç bir problem ola bilməz”. 

Bunu “Report”a “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı deyib.

O bildirib ki, təmsil etdiyi qurum adıçəkilən regionda elektrik enerjisi ilə bağlı bütün məsələləri diqqətdə saxlayır: “Azərenerji” cəbhə bölgəsinin elektrik enerjisi ilə bağlı məsələlərini daim diqqət mərkəzində saxladığı kimi bu hadisəni də qürur hissi ilə qarşılayaraq xüsusi nəzarətə götürüb. Yeni qurulan yaşayış massivinin təchizatçıların tələbinə uyğun etibarlı, fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin etməyə yetərincə generasiya güclərimiz var. Vaxtında bu sahədə görülmüş qabaqlayıcı tədbirlər və yeni güclərin regionlar üzrə paylaşdırılması bunu deməyə əsas verir. 2008-ci ilin 18 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Füzuli rayonunda Baş Mil kanalı üzərində təməli qoyulan və onun iştirakı ilə 2012-cı il 15 dekabr tarixində istismara verilən 25 MVt gücündə su elektrik stansiyası (Füzüli SES) bunun əyani təsdiqidir”.

Son xəbərlər

Orphus sistemi