“Azərenerji” BESS layihəsi çərçivəsində yeni tender elan edib

“Azərenerji” BESS layihəsi çərçivəsində yeni tender elan edib “Azərenerji” ASC Azərbaycanda 250 MVt gücündə Batareya Enerji Saxlanc Sisteminin (BESS) yaradılması layihəsi çərçivəsində yeni tender elan edib.
Energetika
26 Sentyabr , 2024 11:04
“Azərenerji” BESS layihəsi çərçivəsində yeni tender elan edib

“Azərenerji” ASC Azərbaycanda 250 MVt gücündə Batareya Enerji Saxlanc Sisteminin (BESS) yaradılması layihəsi çərçivəsində yeni tender elan edib.

“Report” bu barədə “Azərenerji” ASC-nin dövlət satınalmalarının vahid internet portalında dərc olunmuş elanına istinadən xəbər verir.

Tender Azərbaycan enerjisistemi üzrə 250 MVt gücündə BESS-in optimal yerləşmə yerlərinin təyin edilməsi, təfsilatlı layihələndirilməsi və tikintisi üçün texniki şərtlərlə birlikdə ilkin layihələndirmə və tender sənədlərinin hazırlanmasının satın alınması ilə bağlı keçirilir.

Satınalmada iştirak etmək istəyən şirkətlər təkliflərini 18 oktyabr 2024-cü il saat 10:00-a qədər təqdim etməlidir. Tender proseduru həmin tarixdə baş tutacaq.

Qeyd edək ki, bu, ikinci analoji tenderdir. Birinci tender bu il avqustun 30-da keçirilib. Lakin satınalmada iştirak etmək üçün təklif təqdim etmiş şirkətlərin sayı üçdən az olduğu üçün Satınalma komissiyası tenderin ləğv edilməsi ilə bağlı qərar qəbul edib.

Energetika Nazirliyinin qiymətləndirmələrinə görə, 2 GVt həcmində “yaşıl enerji”nin inteqrasiyası üçün Azərbaycana 250 MVt gücündə saxlanc sistemi lazımdır. Layihənin 2027-ci ilə qədər həyata keçirilməsi, ilkin mərhələdə 50 MVt gücündə saxlanc sisteminin bu ilin sonunadək yaradılması nəzərdə tutulur.

Bu il may ayının əvvəlində Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti arasında 200 MVt gücündə BESS layihəsi üzrə icra müqaviləsi imzalanıb.

Son xəbərlər

Orphus sistemi