“Azərenerji”: "Azərbaycan” İES-in fəaliyyətini dayandırmış bloklarından 1-i işə salınıb

“Azərenerji”: "Azərbaycan” İES-in fəaliyyətini dayandırmış bloklarından 1-i işə salınıb
Energetika
140
3 İyul , 2018 16:12
“Azərenerji”: Azərbaycan” İES-in fəaliyyətini dayandırmış bloklarından 1-i işə salınıb
0 : 00
0 : 00

Bakı. 3 iyul. REPORT.AZ/ "Mingəçevir şəhərində yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) fəaliyyətini dayandırmış bloklarından 1-i (150 mVt-lıq) işə salınıb".

Bunu “Report”a “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı deyib.

Y.Babanlı bildirib ki, yaxın dəqiqələrdə 2-ci blok da işə düşməlidir.

Qeyd edək ki, Cənubi Qafqazın ən böyük elektrik stansiyası olan "Azərbaycan" İES 8 blokdan ibarətdir.

İyulun 3-də gecə saatlarında Mingəçevir şəhərində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində cərəyan transformatorunda qəza baş verib. Bununla əlaqədar Bakı və Gəncə şəhərləri də daxil olmaqla respublikanın 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında fasilə yaranıb.

Prezident İlham Əliyev baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.