"Azərenerji" ASC "blockchain" texnologiyasının tətbiqinə hazırlaşır

"Azərenerji" ASC "blockchain" texnologiyasının tətbiqinə hazırlaşır Etibar Pirverdiyev: "Bu, Elektron Menecment Sisteminin tərkibidir"
Energetika
20 Oktyabr , 2017 15:27
Azərenerji ASC blockchain texnologiyasının tətbiqinə hazırlaşır
Report/ Firi Salim

Bakı. 20 oktyabr. REPORT.AZ/ "Azərenerji" ASC "blockchain" texnologiyalarından istifadəyə hazırlaşır.

"Report" xəbər verir ki, bu barədə bu gün, 20 Oktyabr - Energetiklər Günü münasibəti ilə keçirilən tədbirdə qurumun prezidenti Etibar Pirverdiyev məlumat verib.

E.Pirverdiyevin sözlərinə görə, "Azərenerji"nin əməkdaşları bu məsələlərə xüsusi əhəmiyyət yetirməlidir: "Azərenerji" Azərbaycanda ilk dəfə SCADA sistemini tətbiq edib. Bu gün dünyanın bir çox şirkətləri "blockchain" texnologiyasını tətbiq edir. Süni intellekt artıq dünya reallığıdır. Düşünürəm ki, bizim əməkdaşlar da bu texnologiyaya diqqət yetirməlidir. Bu, Elektron Menecment Sisteminin (EMS) tərkibidir".

Son xəbərlər

Orphus sistemi