Bakı. 20 yanvar. REPORT.AZ/ "Azərenerjı" ASC-nin tabeçiliyində olan müəssisələrdə çalışan, lakin ixtisas və bilik səviyyəsi bu tələblərə cavab verməyən 250 nəfərədək işçi ilə ötən ilin sonunda başa çatan əmək müqaviləsinin müddəti uzadılmayıb. Bu barədə "Report"a ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, onların hər birinə mövcud əmək qanunvericiliyinə uyğun müvafiq kompensasiya ödənilib.
“Azərenerji” ASC ixtisas və bilik səviyyəsi enerji sisteminin müasir texnoloji tələblərinə və idarəetmə prinsiplərinə cavab verən mütəxəssislərin müsabiqə əsasında işə qəbulunu davam etdirir.