Yuxarı

​Azərbaycanla Pakistan arasında "Enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" imzalana bilər

Pakistan Su və Elektrik Enerjisi Nazirliyi və Neft və Mineral Ehtiyatlar Nazirliyi ilə əlaqələrin qurulması nəzərdə tutulub

Bakı. 23 sentyabr. REPORT.AZ/ Azərbaycanla Pakistan arasında “Enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanması və Energetika Nazirliyi ilə Pakistan Su və Elektrik Enerjisi Nazirliyi və Neft və Mineral Ehtiyatlar Nazirliyi arasında əlaqələrin qurulması vacibdir.

"Report" Azərbaycan Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə Pakistanın Azərbaycandakı səfiri Xalid Usman Qayserinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə energetika nazirinin müavini Natiq Abbasov arasında keçirilən görüşdə bildirilib.

Görüşdə iki ölkə arasında bütün sahələrdə qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərin formalaşdığını deyən N.Abbasov iqtisadi əlaqələrin inkişafına təkan verəcək enerji əməkdaşlığı üçün geniş imkanların olduğunu diqqətə çatdırıb.

Bildirilib ki, Azərbaycan dost və müttəfiq ölkə kimi Pakistanla enerji sahəsində əməkdaşlığın inkişafına dəstək verməyə hazırdır. Bu ilin martında Pakistan Prezidenti Məmnun Hüseynin Azərbaycana səfərinin əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfəni xatırladan səfir deyib ki, iqtisadi əməkdaşlığın miqyası hazırda ikitərəfli əlaqələrin səviyyəsini ölçmək üçün əsas göstərici hesab olunur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi