Azərbaycanla AYİB arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Azərbaycanla AYİB arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib Azərbaycanla AYİB arasında bərpa olunan enerji və enerji səmərəliliyi istiqamətində əməkdaşlıq perspektivləri müzakirə edilib.
Energetika
20 İyun , 2022 18:49
Azərbaycanla AYİB arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Azərbaycanla Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında bərpa olunan enerji və enerji səmərəliliyi istiqamətində əməkdaşlıq perspektivləri müzakirə edilib.

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyində AYİB-nin Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Kamola Mahmudova ilə keçirilən görüşdə qeyd edilib.

Görüşdə Azərbaycan və AYİB arasında əlaqələrin bir çox sahələrdə, o cümlədən enerji sektorunda uğurla inkişaf etdiyi vurğulanıb, elektroenergetika, bərpa olunan enerji və enerji səmərəliliyi istiqamətində qarşıya qoyulmuş hədəflərin reallaşdırılması üzrə gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Bankın maliyyə dəstəyi ilə həyata keçirilən layihələrin icra vəziyyəti nəzərdən keçirilib.

Xatırladaq ki, hazırda Energetika Nazirliyi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında Azərbaycanda bərpa olunan enerji hərraclarının keçirilməsi və kiçik miqyaslı bərpa olunan enerji layihələri üçün lazımi normativ çərçivənin formalaşdırlması istiqamətlərində əməkdaşlıq davam etdirilir.

Son xəbərlər

Orphus sistemi