Yuxarı
    Bağlamaq

    Azərbaycanın Türkiyədə külək elektrik stansiyasının tikintisi üçün icazələr tamamlanıb

    Stansiyanın inşası gələn il tamamlanacaq

    İzmir. 8 sentyabr. REPORT.AZ/ Türkiyənin Petkim yarımadası ərazisində həyata keçirilməsi planlaşdırılan külək elektrik stansiyasının inşası layihəsinin 3 obyektinin yeri texniki səbəblərdən dəyişdiriləcək. "Report" xəbər verir ki, bu barədə İzmirdə səfərdə olan azərbaycanlı jurnalistlərlə görüşdə "Petkim Holding"in baş direktoru Anar Məmmədov bildirib. 

    Onun sözlərinə görə, stansiyanın tikintisinin həyata keçirilməsi üçün hökumətdən demək olar ki, bütün razılıqlar alınıb: "Üç obyektin yerinin dəyişdirilməsinə görə bir neçə icazə yenidən alına bilər. Layihənin icrası üzrə bütün işlər qaydasındadır". 

    A.Məmmədov əlavə edib ki, stansiyanın inşası gələn il tamamlanacaq. 

    Qeyd edək ki, külək elektrik stansiyasının gücü 51 MVt təşkil edəcək, layihənin dəyəri isə 55 mln. ABŞ dolları həcmində qiymətləndirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi