Yuxarı

Azərbaycanın qurudakı yataqlarından neft hasilatının 1%-dək azalacağı gözlənilir

​Azərbaycanın qurudakı yataqlarından neft hasilatının 1%-dək azalacağı

Bu il Azərbaycanın quruda yerləşən neft yataqlarından 7,499 mln. barel neft hasilatı proqnozlaşdırılır.

“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2020-ci il üzrə büdcəsinə verdiyi rəydə qeyd edilib.

Bu isə 2019-cu ilin proqnozundan 0,89% azdır.

Belə ki, bu il “Balaxanı” yatağından 1,691 mln. barel, “Zığ-Hövsan-Abşeron” blokundan 0,528 mln. barel, “Binəqədi” yatağından 0,977 mln. barel, “Mişovdağ-Kəlaməddin” blokundan 0,655 mln. barel, “Neftçala” yatağından 0,241 mln. barel, “Kirovdağ” yatağından 1,056 mln. barel, “Muradxanlı-Cəfərli-Zərdab” blokundan 0,110 mln. barel, “Kürsəngi-Qarabağlı” yatağından 1,061 mln. barel, “Suraxanı” yatağından 1,180 mln. barel neft hasilatı proqnozlaşdırılır.

2019-cu ilin proqnozu ilə müqayisədə “Zığ-Hövsan” blokunda, “Neftçala” yatağında, “Kürsəngi-Qarabağlı” yatağında hasilatın artması proqnozlaşdırılır, digərlərində isə azalma gözlənilir.

Qeyd edilib ki, “Mişovdağ” və “Kəlaməddin” yataqlarında neft hasilatında 5% azalmanın yaranmasına səbəb yataqların uzun müddət (“Mişovdağ” yatağı 1956, “Kəlaməddin” yatağı isə 1980-ci ildən) istismarda olduğundan yaranan təbii düşmə tempidir. “Neftçala” yatağında 2019 və 2020-ci illər proqnoz göstəricisi arasında nəzərdə tutulan 5% artımın olmasının səbəbi yatağın uzunmüddətli planlaşdırılmasında 2020-ci ildə Məhsuldar Qatın V və VI horizontlarına 4 yeni istismar quyularının qazılması ilə əlaqədardır. Lakin 2019-cu ildə MQ horizontlarına qazılan quyulardan gözlənilən hasilat alınmayıb və bu səbəbdən 2020-ci il üzrə iş proqramında bu nəticələr nəzərə alınaraq, neft hasilatı proqnozu 2019-cu ildə gözlənilən hasilat səviyəsində planlaşdırılıb. “Muradxanlı-Cəfərli-Zərdab” yataqları üzrə 2019-2020-ci il üçün neft hasilatında 8% azalmanın yaranmasına səbəb “Cəfərli” yatağında C-37 saylı quyunun dərinləşdirilməsi (3987 metrdən +/- 4140 metrə Üst Təbaşirin tavanına qazılmışdır) nəticəsində əlavə neft hasil edilməsi gözlənilirdi. Lakin gözlənilən nəticənin əldə edilməməsi səbəbindən bu sahədə 2020-ci üzrə əlavə quyuların qazlması nəzərdə tutulmur. Bu səbəb də yatağın mürəkkəb quruluşa malik olduğu və eyni zamanda təbii 12 düşmə tempinin yüksək olduğundan 2020-ci üzrə planlaşmada neft hasilatında azalma 8% təşkil edəcəyi gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi