Azərbaycanın qaz ixracından gəliri 4,5%-dək artıb

Azərbaycanın qaz ixracından gəliri 4,5%-dək artıb Azərbaycanın ümumi ixracında təbii qazın payı 17,88% olub
Energetika
20 Oktyabr , 2020 11:15
Azərbaycanın qaz ixracından gəliri 4,5%-dək artıb

Bu ilin yanvar-sentyabr aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 10,154 mlrd kubmetr həcmində təbii qaz ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu miqdarda təbii qazın dəyəri 1,892 mlrd ABŞ dolları təşkil edib.

Bu, ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə həcm baxımından 11,55%, dəyər baxımından isə 4,47% çoxdur.

Bu ilin 9 ayı ərzində Azərbaycanın ümumi ixracında təbii qazın payı 17,88% olub.

Son xəbərlər

Orphus sistemi