Azərbaycanın polipropilen ixracından qazancı 4 %-dən çox azalıb

Azərbaycanın polipropilen ixracından qazancı 4 %-dən çox azalıb Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 54,5 mln ABŞ dolları dəyərində ilkin formatlarda polipropilen ixrac edib
Energetika
178
2 Dekabr , 2020 11:35
Azərbaycanın polipropilen ixracından qazancı 4 %-dən çox azalıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 54,5 mln ABŞ dolları dəyərində ilkin formatlarda polipropilen ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın noyabr sayında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni ayı ilə müqayisədə 2,6 milyon ABŞ dolları və yaxud 4,6 % azdır.

Xatırladaq ki, 2019-cu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan xarici ölkələrə 57,1 milyon ABŞ dolları dəyərində ilkin formatlarda polipropilen ixrac edib.

Qeyd edək ki, polipropilen "SOCAR Polymer"in illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal edilir. Zavodun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.

Son xəbərlər

Orphus sistemi