Azərbaycanın polietilen ixracından gəlirləri azalıb
- 30 noyabr, 2022
- 10:49
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 76,9 milyon ABŞ dolları dəyərində xüsusi çəkisi 0,94-dən az olan ilkin formalı polietilen ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın noyabr sayında bildirilir.
Sənədə əsasən, bu, 2021-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 3,5 milyon ABŞ dolalrı və ya 4,35 % azdır.
Eyni zamanda, bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan 43,4 milyon ABŞ dolları dəyərində xüsusi çəkisi 0,94-dən çox olan ilkin formalı polietilen ixrac edib ki, bu da 2021-ci ilin 10 aylıq göstərəciləri ilə müqayisədə 17,8 milyon ABŞ dolları və ya 29,1 % azdır.
2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın ümumi ixracı 34,7 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 2,4 milyard ABŞ dolları təşkil edib.
Polipropilen "SOCAR Polymer" MMC-nin illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal edilir. Zavodun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.