Azərbaycanın metanol ixracından qazancı 16 %-dən çox artıb

Energetika
  • 03 fevral, 2025
  • 11:26
Azərbaycanın metanol ixracından qazancı 16 %-dən çox artıb

2024-cü ildə Azərbaycandan 104,4 milyon ABŞ dolları dəyərində metanol (metil spirti) ixrac edilib.

“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın yanvar buraxılışında bildirilir.

Bu, 2023-cü illə müqayisədə 14,5 milyon ABŞ dolları və ya 16,1 % çoxdur.

Ötən ilin dekabr ayında Azərbaycan 9,5 milyon ABŞ dolları dəyərində pomidor ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 1,1 milyon ABŞ dolları və ya 13,1 % çoxdur.

Qeyd edək ki, 2024-cü ildə Azərbaycanın qeyri-neft-qaz ixracı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,3 % artaraq 3,4 milyard ABŞ dolları təşkil edib. 2024-cü ildə yeyinti məhsullarının ixracı 11,3 % artaraq 1,03 milyard ABŞ dollarına bərabər olub.

44 filmi