Azərbaycanın magistral qaz kəmərlərinin fəaliyyətindən əldə etdiyi gəlirlər açıqlanıb

Energetika
  • 19 aprel, 2024
  • 07:14
Azərbaycanın magistral qaz kəmərlərinin fəaliyyətindən əldə etdiyi gəlirlər açıqlanıb

Azərbaycanın magistral qaz kəmərlərinin, o cümlədən Cənubi Qafqaz Boru Kəmərinin (Bakı-Tbilisi-Ərzurum) fəaliyyətindən 2023-cü ildə 2 milyard 516 milyon 082,5 min manat (hazırkı məzənnə ilə 1,48 milyard ABŞ dolları) gəlir əldə edilib.

“Report” bu barədə Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir.

2022-ci illə müqayisədə bu gəlirlər 8,1 % artıb.

Magistral qaz kəmərləri şəbəkəsində 2023-cü ilin sonunda itkilər 2022-ci ilin göstəricisi ilə müqayisədə 50,6 milyon kubmetr ilə müqayisədə 18,2 % artaraq 59,8 milyon kubmetr təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə magistral qaz kəmərləri ilə 39 mlrd 283,3 mln kubmetr (0,1 % çox) qaz nəql olunub. Eyni zamanda, nəql olunan ümumi həcmin 55,6 %-i Cənubi Qafqaz Magistral Boru Kəmərinin payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti