Azərbaycanın magistral qaz kəmərləri ilə nəqletmə 8% artıb

Azərbaycanın magistral qaz kəmərləri ilə nəqletmə 8% artıb Qazın nəqlinin 40,6%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib
Energetika
16 Oktyabr , 2020 12:46
Azərbaycanın magistral qaz kəmərləri ilə nəqletmə 8% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 21,515 mlrd kubmetr qaz nəql edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəmərləri ilə nəqletmədə əvvəlki ilin müvafiq dövrünə nisbətən 8% artım müşahidə olunub.

Hesabat dövrünə qazın nəqlinin 40,6%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Bu kəmərlə 8,736 mlrd kubmetr qaz ötürülüb. Bu, 2019-cu ilin yanvar-sentyabr ayıarının göstəriciləri ilə müqayisədə 17,8% çoxdur.

Cənubi Qafqaz boru kəməri ilə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırılır. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib və "Şahdəniz" yatağının I mərhələsi çərçivəsində hasil edilən qaz nəql edilməyə başlanıb. 2018-ci ilin yayından isə "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə - TANAP kəmərinə təhvil verilməsinə başlanılıb.

Son xəbərlər

Orphus sistemi