Azərbaycanın karbamid ixracından gəliri 38 %-dək azalıb

Energetika
  • 31 mart, 2023
  • 08:00
Azərbaycanın karbamid ixracından gəliri 38 %-dək azalıb

Bu ilin fevral ayı ərzində Azərbaycan 8,8 milyon ABŞ dolları dəyərində karbamid ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın mart sayında bildirilir.

Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 5,9 milyon ABŞ dolları və ya 40,1 % azdır.

2023-cü ilin yanvar-fevral ayları ərzində isə Azərbaycan 18,2 milyon ABŞ dolları dəyərində karbamid ixrac edib. Bu isə illlik müqayisədə 11,1 milyon ABŞ dolları və ya 37,9 % azdır.

Hesabat dövründə Azərbaycanın ümumi ixracı 4,5 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 651,4 milyon ABŞ dolları təşkil edib.

Xatırladaq ki, karbamid (azot gübrəsi) Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki “SOCAR Karbamid” zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.