Azərbaycanın karbamid ixracından gəliri 2 dəfəyədək azalıb

Energetika
  • 28 aprel, 2023
  • 11:22
Azərbaycanın karbamid ixracından gəliri 2 dəfəyədək azalıb

Bu ilin mart ayı ərzində Azərbaycan 9,2 milyon ABŞ dolları dəyərində karbamid ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın aprel sayında bildirilir.

Bu, 2022-ci ilin mart ayının göstəricisi ilə müqayisədə 14,7 milyon ABŞ dolları və ya 2,6 dəfə azdır.

Bu ilin yanvar-mart ayları ərzində isə Azərbaycan 27,4 milyon ABŞ dolları dəyərində karbamid ixrac edib. Bu, 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə 25,8 milyon ABŞ dolları və ya 1,9 dəfə azdır.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycanın ümumi ixracı 7,7 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 912,2 milyon ABŞ dolları təşkil edib.

Xatırladaq ki, karbamid (azot gübrəsi) Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki “SOCAR Karbamid” zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.

Son xəbərlər

Bütün Xəbər Lenti