Azərbaycanın Gürcüstanın elektrik enerjisi idxalındakı payı azalıb

Azərbaycanın Gürcüstanın elektrik enerjisi idxalındakı payı azalıb Ötən il Gürcüstanın Azərbaycandan idxal etdiyi elektrik enerjisinin dəyəri 55 529,2 min dollar təşkil edib.
Energetika
23 Yanvar , 2020 11:53
Azərbaycanın Gürcüstanın elektrik enerjisi idxalındakı payı azalıb
Pexels.com

Ötən il Gürcüstanın Azərbaycandan idxal etdiyi elektrik enerjisinin dəyəri 55 529,2 min dollar təşkil edib.

Bu barədə “Report”un yerli bürosuna Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

İllik müqayisədə Azərbaycanın qonşu ölkəyə ixrac etdiyi elektrik enerjisinin dəyərində 7 917,3 min dollar azalma qeydə alınıb.

2019-cu ildə Gürcüstanın ümumilikdə tədarük etdiyi elektrik enerjisinin dəyəri 78 327,1 min dollara bərabər olub ki, bu da illik müqayisədə 3,4% çoxdur.

2018-ci illə müqayisədə Azərbaycanın qonşu ölkənin elektrik enerjisi idxalındakı payı 84%-dən 71%-ə qədər azalıb. 

Son xəbərlər

Orphus sistemi