Azərbaycan Gürcüstanın elektrik enerjisi idxalında payını 80%-ə çatdırıb

Azərbaycan Gürcüstanın elektrik enerjisi idxalında payını 80%-ə çatdırıb Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan 1020,54 mln. kilovatt/saat elektrik enerjisi idxal edib.
Energetika
16 Oktyabr , 2019 13:07
Azərbaycan Gürcüstanın elektrik enerjisi idxalında payını 80%-ə çatdırıb

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan 1020,54 mln. kilovatt/saat elektrik enerjisi idxal edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) məlumatında bildirilib.

İdxalın 820,870 mln. kilovatt/saatı və yaxud 80,43%-i Azərbaycanın payına düşüb.

Hesabat dövründə qonşu ölkənin ixrac etdiyi elektrik enerjisinin həcmi 240,65 mln. kilovatt/saat təşkil edib ki, bunun da 9,331 mln. kilovatt/saatı Azərbaycana yönəlib.

Bu ilin ilk doqquz ayı ərzində Gürcüstan Azərbaycandan Türkiyəyə 94,63 mln. kilovatt/saat həcmində elektrik enerjisi tranziti həyata keçirib. 

Son xəbərlər

Orphus sistemi