​Azərbaycanın Gürcüstana və Türkiyəyə ixrac etdiyi qazın həcmi açıqlanıb

​Azərbaycanın Gürcüstana və Türkiyəyə ixrac etdiyi qazın həcmi açıqlanıb Hazırda orta hesabla gündəlik Gürcüstana 4 mln., Türkiyəyə isə 18 mln. kubmetr qaz verilir
Energetika
4 Noyabr , 2015 11:00
​Azərbaycanın Gürcüstana və Türkiyəyə ixrac etdiyi qazın həcmi açıqlanıb

Bakı. 4 noyabr. REPORT.AZ/ Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağının işlənməsindən indiyədək 66 mlrd. kubmetr həcmində təbii qaz, 17 mln. ton kondensat hasil edilib. "Report" xəbər verir ki, bunu Bakıda keçirilən Neft-qaz Mühəndisləri Cəmiyyətinin II Xəzər texniki konfrans və sərgisində çıxış edən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

X.Yusifzadə qeyd edib ki, hazırda "Şahdəniz" yatağında 7 işləyən quyudan gündə orta hesabla 29 mln. kubmetr qaz və 7 min ton kondensat hasil olunur. Onun sözlərinə görə, 2015-ci il noybarın 1-dək "Şahdəniz" layihəsi üzrə Cənubi Qafqaz Boru Kəməri ilə Gürcüstana 4,8 mlrd. kubmetr, Türkiyəyə isə 36 mlrd. kubmetr qaz verilib.

X.Yusifzadə bildirib ki, bu ilin 10 ayı ərzində "Şahdəniz" yatağından Cənubi Qafqaz Boru Kəməri ilə Gürcüstana 550 mln. kubmetr, Türkiyəyə isə 4,8 mlrd. kubmetr qaz nəql olunub. "Hazırda orta hesabla gün ərzində Gürcüstana 4 mln. kubmetr, Türkiyəyə isə 18 mln. kubmetr qaz verilir", - deyə SOCAR rəsmisi əlavə edib.

Son xəbərlər

Orphus sistemi