Azərbaycanın Gürcüstana neft qazlarının ixracından qazancı 8 % artıb

Energetika
  • 21 fevral, 2023
  • 08:18
Azərbaycanın Gürcüstana neft qazlarının ixracından qazancı 8 % artıb

Bu ilin yanvar ayında Azərbaycandan Gürcüstana 57,314 milyon ABŞ dolları dəyərində neft qazları və digər qaz halında olan karbohidrogenlər ixrac edilib.

“Report” Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8 % çoxdur.

Hesabat dövründə Azərbaycandan Gürcüstana ixrac edilən bu məhsulların həcmi isə illik müqayisədə 4,9 % azalaraq 258,903 min tona çatıb.

Eyni dövrdə Gürcüstan Rusiyadan isə 34,751 milyon ABŞ dolları dəyərində 133,687 min ton neft qazları idxal edib ki, bu da, illik müqayisədə müvafiq olaraq 2,8 dəfə və 2,7 dəfə çoxdur.

Xatırladaq ki, bu ilin yanvar ayında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 6,6 % azalaraq 120,453 milyon ABŞ dolları olub. Bu da, Gürcüstanın ümumi ticarət dövriyyəsinin 8,2 %-ni təşkil edib.

Eyni dövrdə Gürcüstanın Azərbaycana ixrac etdiyi məhsulların dəyəri 11 % artaraq 51,937 milyon ABŞ dolları (ümumi ixracın 11,3 %-ni), Azərbaycandan idxal etdiyi məhsulların dəyəri isə 11 % azalaraq 68,5 milyon ABŞ dolları (ümumi idxalın 6,8 %-i) təşkil edib.

44 - Tezliklə