Azərbaycanın əsas tədarük bazarından antifriz idxalı kəskin azalıb

Energetika
  • 20 aprel, 2022
  • 07:59
Azərbaycanın əsas tədarük bazarından antifriz idxalı kəskin azalıb

2022-ci ilin ilk iki ayı ərzində Azərbaycan xaricdən 1,13 milyon ABŞ dolları dəyərində 780 ton antifriz alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 49,2 % artıb, kəmiyyət olaraq – 0,4 % azalıb.

Hesabat dövründə Almaniyadan 268,82 min ABŞ dolları dəyərində 100,56 ton, Ukraynadan 209,15 min ABŞ dolları dəyərində 266,69 ton, Belçikadan 208,02 min ABŞ dolları dəyərində 67,29 ton, Rusiyadan 194,82 min ABŞ dolları dəyərində 201,99 ton, Türkiyədən 109,04 min ABŞ dolları dəyərində 67,98 ton məhsul alıb

Bir il əvvəlki göstəricilərlə müqayisədə Almaniyadan tədarük müvafiq olaraq 3 dəfə və 3,2 dəfə artıb, Ukraynadan – 2,9 dəfə və 2,2 dəfə artıb, Belçikadan – 2 dəfə və 24,1 % artıb, Rusiyadan – 40,4 % və 55 % azalıb, Türkiyədən – 47,3 % və 28,3 % artıb.

Xatırladaq ki, 2021-ci ildə Azərbaycanın xaricdən (24 ölkə) aldığı 4,92 min ton antifrizin 56 %-i Rusiyanın payına düşüb.

44 - Tezliklə