Azərbaycanın əsas tədarük bazarına maye qaz ixracı kəskin azalıb
- 06 iyul, 2022
- 08:53
2022-ci ilin ilk 4 ayı ərzində Azərbaycandan xaricə 3,399 milyon ABŞ dolları dəyərində 7 min 028 ton maye qaz (butan, etilen, propilen, butilen və butadien qazları, maye halında) göndərilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac dəyər ifadəsində 32,4 %, kəmiyyət olaraq – 71,8 % azdır.
Hesabat dövründə Rusiyaya 3,056 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 65 % azalıb) 6 min 152 ton (-70 %), Pakistana 211,45 min ABŞ dolları dəyərində (+40 %) 539,64 ton (-25 %), Əfqanıstana 131,39 min ABŞ dolları dəyərində (-79 %) 336,04 ton (-14,1 %) məhsul satılıb.
Qeyd edək ki, Azərbaycanın keçən il ixrac etdiyi 69 min 268 ton maye qazın 90,5 %-i Rusiyanın payına düşüb.