Azərbaycanın enerji şirkəti təşkilati-hüquqi formasını dəyişir

Energetika
  • 08 fevral, 2024
  • 12:53
Azərbaycanın enerji şirkəti təşkilati-hüquqi formasını dəyişir

“İma-Energy” QSC təşkilati-hüquqi formasını dəyişdiyini elan edib.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bununla bağlı qərar “İma-Energy”nin səhmdarlarının bu il yanvarın 18-də keçirilmiş növbədənkənar ümumi yığıncağında qəbul edilib.

Qərara əsasən, şirkətin hər birinin nominal dəyəri 1 manat olan 5 000 min ədəd sənədsiz, adi, adlı səhmi dövriyyədən çıxarılaraq dövriyyədən çıxarılaraq, müvafiq olaraq paylara çevriləcək. Bu prosesin 2 ay ərzində yekunlaşdırılması planlaşdırılır.

Xatırladaq ki, “İma-Energy” 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 5 min manatdır. Şirkət əsasən elektrik avadanlıqları ilə təchizat, yüksək gərginlikli elektrik xəttlərinin çəkilməsi və elektrik stansiyasına qoşulmasını həyata keçirir.

44 filmi